- Offside
- 20:55 18.12.2025
İspaniyanın Barselona şəhərinin məhkəməsi eyniadlı klubun sabiq futbolçusu Dani Alveşin işi üzrə istintaqı yekunlaşdırıb.
90deqiqe.az xəbər verir ki, prokurorluq cinsi təcavüzdə ittiham olunan "Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveşə 9 il həbs cəzası istəyib.Bu barədə yerli mətbuat məlumat yayıb.
40 yaşlı oyunçu 2022-ci ildə dekabrın sonunda Barselonada gecə klubunda gənc qadına təcavüz etməkdə şübhəli bilinərək həbs edilib. Prokurorluq həmçinin zərərçəkənə 150 min avro məbləğində təzminat ödəməli olduğunu bildirib.