25 oktyabr 2024. Cümə

Mario Balotelli qəza törətdi - VİDEO - FOTOLAR

“Adana Dəmirspor”un hücumçusu Mario Balotelli İtaliyanın Ordzinuvi şəhərində qəza törədib.


  • Offside
  • 11:44 24.11.2023
  • Oxunma sayı: 125
Mario Balotelli qəza törətdi - VİDEO - FOTOLAR

“Adana Dəmirspor”un hücumçusu Mario Balotelli İtaliyanın Ordzinuvi şəhərində qəza törədib. 90deqiqe.az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

33 yaşlı futbolçu idarəetməni itirərək  “Audi” markalı avtomobillə divara çırpılıb. Qiyməti təxminən 110 min avro olan avtomobilin təhlükəsizlik yastıqları açılıb. Hadisə yerinə gələn həkimlər Balotelliyə ilkin tibbi yardım göstərsələr də, o, ağır xəsarətlərdən xilas olub.

Hadisədən sonra futbolçu polisin tələbi ilə qanında spirt olub-olmaması ilə bağlı tibbi müayinədən keçməkdən imtina edib.

 







Offside