25 oktyabr 2024. Cümə

Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi təşkil olunub - FOTOLAR

Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi keçirilib.


  • Offside
  • 11:51 24.11.2023
  • Oxunma sayı: 126
Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi təşkil olunub - FOTOLAR

Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi keçirilib.

90deqiqe.az xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, MOK-un Ədalətli Oyunlar komissiyanın sədri Xəzər İsayev, Avropa Ədalətli Oyunlar Menecmentinin prezidenti Filip Huzyu və Avropa Olimpiya Akademiyasının prezidenti Manfred Laymer iştirak edib.

Konqresi giriş sözü ilə açan gənclər və idman nazirinin müavini Mariana Vasileva qonaqları salamlayaraq, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb: “Cənab Prezidenti İlham Əliyev daima idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir”.

Daha sonra çıxış edən MOK-un baş katibi Azər Əliyev son illər ərzində Bakının bir çox idman tədbirlərinə ev sahibliyi etdiyini bildirib. O bildirib ki, Azərbaycan idmançıları bir sıra beynəlxalq nüfuzlu tədbirlərə qatılıblar: “Ölkəmizdə artıq üçüncü dəfədir ki, Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi keçirilir”.

Ardınca Avropa Ədalətli Oyunlar Menecmentinin prezidenti Filip Huzyu Azər Əliyevə xüsusi hədiyyə təqdim edib.







Offside