- Offside
- 12:26 26.11.2024
"Adana Dəmirspor"un hücumçusu Mario Balotelli iştirakı ilə baş verən qəzaya münasibət bildirib.
90deqiqe.az xəbər verir ki, qəzadan sonra tibbi yardım göstərilən 33 yaşlı futbolçu alkoqol testindən keçməkdən imtina etmişdi. İtalyan oyunçu qəza ilə bunları deyib: “Maşınımla qəza etdim. Sonra başqa maşınla evə yollandım. Düşünürəm ki, belə bir şey haqqında böyük hay-küy salmaq ehtiyac yoxdu. Amma mən sadəcə maşını vurub evə sürdüm.Bir milyard problem var ama mən qəzetlərdə gördüyüm yeganə şey mənim qəzamdır. Kompleks sığortam olmasaydı, bəlkə problem olardı. Amma xoşbəxtlikdən sığortam var. Vacib məsələlərdən danışmaq əvəzinə, qəzadan danışırlar. Bu inanılmazdır".