- Offside
- 12:26 26.11.2024
Argentinanın kapitanı Lionel Messinin ailəsində böyük problemlər yaşanır.
90deqiqe.az xarici mediaya istinadla bildirir ki, superulduz həyat yoldaşı Antonella Rokuzzodan ayrılmaq ərəfəsindədir.
“15 ildən çox evlilikdən sonra Leo və Antonella evliliklərində ən böyük böhranla üzləşirlər. İndi onlar hətta ayrılmaq ərəfəsindədirlər. İspan mətbuatının yazdığına görə, böhrana səbəb jurnalist Sofiya Martines olub. Antonella bunu öyrənib və Messidən ayrılmaq qərarına gəlib, “Diretodomiolo” nəşri məlumat yayıb.
Messi və Rokuzzo uşaq ikən tanış olublar, 2009-cu ildə münasibətləri açıqlanıb. Onlar 2017-ci ildə evləniblər. Cütlüyün üç oğlu var: Tiaqo, Mateo və Çiro.