- Offside
- 12:26 26.11.2024
Qazaxıstan Futbol Federasiyasının prezidenti Adlet Barmenkulov milli komandanın baş məşqçisi Maqomed Adiyevə avtomobil hədiyyə edib.
90deqiqe.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 46 yaşlı çalışdırıcı açıqlamasında bu mükafat layiq olmadığını bildirib: “Mən bunu qismən layiqsiz hesab edirəm. Çünki fikrimcə, həm məşqçi, həm də komanda olaraq azarkeşlər qarşısında istədiyimiz nəticəni əldə edə bilmədik. Mən və həmkarlarım məqsədimizə çatmaq və futbol üzrə Avropa çempionatına çıxmaq üçün əlimizdən gələni edəcəyik.Başa düşürük ki, qarşıda çox iş var. Mən bu mükafatı çox yüksək qiymətləndirirəm və bu, mənim üçün təkcə motivasiya mənbəyi deyil, həm də ölkəmiz və onun xalqı qarşısında borcumuzu xatırladır. Bizə inandığınız və bizi dəstəklədiyiniz üçün hamınıza təşəkkür edirik!"