19 dekabr 2025. Cümə

AFFA Ruslan Abışovu təltif etdi

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov təltif edilib.


  • Offside
  • 17:52 27.11.2023
  • Oxunma sayı: 162
AFFA Ruslan Abışovu təltif etdi

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov təltif edilib.

90deqiqe.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu il peşəkar karyerasını başa vuran müdafiəçi milli assosiasiyada baş katib Sərxan Hacıyevlə görüşüb.

O, AVRO-2024-ün seçmə mərhələsində İsveçlə keçirilən ev oyunundan (3:0) öncə ölkədə olmadığından təqdimetmə mərasimində iştirak edə bilməmişdi. S.Hacıyev yığmanın sabiq üzvünə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Ruslan Abışov 2009-2018-ci illərdə Azərbaycan millisinin heyətində 56 oyun keçirib, 4 qola imza atıb.







Offside