- Offside
- 14:32 27.03.2026
2023-cü ilin ən yaxşı braziliyalı futbolçusu müəyyənləşib.
90deqiqe.az xəbər verir ki, bu ada "Real"ın hücumçusu Vinisius Junior layiq görülüb.
Bu münasibətlə o, 2023-cü il üçün nəzərdə tutulan “Qızıl Samba” mükafatını qazanıb. Səsvermədə ikinci yeri “Əl-Hilal”ın hücumçusu Neymar, üçüncü pilləni isə PSJ-nin müdafiəçisi Markinyoş tutub.
Neymar son üç ildir bu mükafatı alırdı.
Qeyd edək ki, Vinisius cari bu mövsüm keçirdiyi 13 oyunda 6 qol, 4 assistlə yadda qalıb.