- Offside
- 15:08 14.12.2025
ABŞ-nin "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) daha bir rekorda imza atıb.
90deqiqe.az xəbər verir ki, 39 yaşlı oyunçu buna "Filadelfiya"ya 94:138 hesabı ilə uduzduqları qarşılaşmada nail olub.
Həmin görüşdə 30 dəqiqə meydanda olan Ceyms əfsanəvi basketbolçu Kərim Abdul-Cabbarın 66300 dəqiqəlik uğurunu geridə qoyub.
Lebron Ceyms NBA-da ümumilikdə 66319 dəqiqə parket üzərində olub.
Digər tərəfdən, Filadelfiyadakı məğlubiyyət LeBron Ceymsin karyerasında ən fərqli məğlubiyyət oldu.
Qeyd edək ki, Lebron Ceyms daha əvvəl NBA-da 39 min xalı keçən ilk basketbolçu kimi tarixə düşüb.