- Offside
- 15:08 14.12.2025
Səudiyyə Ərəbistanında “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun şərəfinə muzey açılıb.
90deqiqe.az xəbər verir ki, bu barədə portuqaliyalı superulduz özünün media hesabında yazıb: “Bu mənim tariximdir. “Madeyra” klubundan Səudiyyə Ərəbistanınadək. Mənim CR7 muzeyim artıq Ər-Riyadda”.
Muzeydə Kriştiano Ronaldonun şəxsi əşyaları - köynəkləri, mükafatları, ayaqqabıları, kubokları və medalları, o cümlədən beş “Qızıl top”u nümayiş olunur. Muzeydə Ronaldonun mum heykəli də nümayiş etdirilir.
Xatırladaq ki, 38 yaşlı oyunçu 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir.