25 oktyabr 2024. Cümə

İsgəndərli qol vurdu, komandası liderliyə yüksəldi

Albaniya çempionatında 14-cü turun oyunları keçirilir.


  • Offside
  • 23:25 28.11.2023
  • Oxunma sayı: 89
İsgəndərli qol vurdu, komandası liderliyə yüksəldi

Albaniya çempionatında 14-cü turun oyunları keçirilir.

90deqiqe.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya"  səfərdə "Laçi"nin qonağı olub. Görüş İsgəndərlinin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal İsgəndərli də bu görüdə iştirak edib. O, 71-ci dəqiqədə meydana daxil olub və sonadək oynayıb. Komandasının 2-ci qoluna da 79-cu dəqiqədə məhz o imza atıb.

Bu qələbədən sonra xallarının sayını 30-a çatdıran "Eqnatia" turnir cədvəlində liderliyə yüksəlib.

"Laçi" - "Eqnatiya" - 0:2

Qollar: Edison Ndreka, 48, Vüsal İsgəndərli, 79







Offside