- Offside
- 12:26 26.11.2024
Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi MLS mövsümünün rəmzi komandasında yer almayıb.
90deqiqe.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
MLS-də mövsümün rəmzi komandasına bu futbolçular daxil edilib: Roman Bürki ("Sent-Luis Siti"), Matt Miazqa (Cincinnati), Tim Parker (Sent-Luis Siti), Uoker Zimmerman ("Neşvill"), Lusiano Acosta ("Cincinnati"), Tiaqo Almada ("Atlanta"), Hektor Herrera ("Hyuston Dinamo"), Hani Muxtar ("Neşvill"), Denis Buanqa ("Los Anceles"), Georgios Yakumakis ("Atlanta"), Kuço Hernandez ("Kolumbus Ekipajı").
Qeyd edək ki, Messi ötən yay "İnter Mayami" ilə 2025-ci ilə qədər müqavilə imzalayıb.