- Offside
- 12:26 26.11.2024
İngiltərə höküməti rusiyalı iş adamı Roman Abramoviçin "Çelsi"nin satışından qazandığı 2,34 milyard funt-sterlinqlin Ukraynaya deyil İsrailə göndərilməsi təklifini rədd edib. 90deqiqe.az xəbər verir ki, bu barədə sözügedən ölkənin "The Telegraph" nəşri məlumat yayıb.
Öncədən Böyük Britaniya hökümətinin və Avropa Komissiyasının londonluların satışından əldə edilən pulun yalnız Ukraynaya xərclənəcəyi haqda birtərəfli bəyannamə imzalamışdı. Bəyannamədə qeyd olunur: “Xəzinədarlıq yalnız bu cür gəlirlərin Ukraynada yalnız humanitar məqsədlər üçün istifadə olunmasını təmin edən lisenziya verəcək”. Fövqəladə Hallar Komitəsi də humanitar ehtiyacın Ukrayna hüdudlarından kənara çıxması ilə bağlı mövqeyini dəstəkləyib.
Başqa mənbələr isə bu məsələni Romanın pulun İsraildə humanitar məqsədlər üçün istifadə edilməsini dilə gətirməklə yanaşı, bu ilin fevralında Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım məqsədilə göndərilməsi variantını təklif etdiyini işıqlandırıb.
Abramoviç 2003-2022-ci illərdə "zadəganlar"ın sahibi olub. O, "Çelsi"ni bu ilin may ayında amerikalı iş adamı Todd Boelinin rəhbərlik etdiyi konsorsiuma və "Clearlake Capital" investisiya şirkətinə satıb.