- Offside
- 12:26 26.11.2024
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
90deqiqe.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Sabah” – “Qarabağ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib.
“Qəbələ” – “Turan Tovuz” oyununun 86-cı dəqiqəsində topdaşıyanlar meydançaya daxil olduğuna görə “Qəbələ” klubu 500 manat cərimə edilib.
“Qəbələ” – “Turan Tovuz” oyununun 90+2-ci dəqiqəsində “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilib.
“Neftçi” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.
“Neftçi” – “Araz-Naxçıvan” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” klubu 500 manat cərimə edilib.
Qeyd edilib ki, “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən stadiona dəymiş zərər (82 ədəd oturacağın sındırılması) “Qarabağ” klubu tərəfindən ödənilsin.