- Offside
- 12:26 26.11.2024
"Əl-Hilal"ın hücumçusu Neymar qızlarının doğulmasından cəmi bir ay sonra sevgilisi - model Bruna Biankardidən ayrılıb.
90deqiqe.az xəbər verir ki, bu barədə braziliyalı modelin özü açıqlayıb. O, övladları dünyaya gəldikdən sonra münasibətlərinə son qoyduqlarını deyib:
“Bu, şəxsi məsələdir,lakin mən tez-tez xəbərlər, şübhələr və zarafatlarla bağlı olduğum üçün sizə bildirmək istərdim ki, mənim münasibətim yoxdur. Biz Mevinin valideynləriyik və bizi birləşdirən səbəb budur. Ümid edirəm ki, məni şəxsi xəbərlərlə daha tez-tez əlaqələndirməyəcəksiniz, təşəkkür edirəm”.
Brunanın Neymarla münasibətinin sonlandırılmasına səbəb forvardın OnlyFans modelindən çılpaq şəkillər istəməsi olub.
Qeyd edək ki, cütlüyün 2 ay əvvəl qızı dünyaya gəlib və onun adını Mevi qoyublar.