26 noyabr 2024. Çərşənbə axşamı

Azərbaycanın dörd güləşçisi hərbçilər arasında dünya çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb.


  • Offside
  • 20:33 29.11.2023
  • Oxunma sayı: 147
Azərbaycanın dörd güləşçisi hərbçilər arasında dünya çempionu oldu

Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında ilk günün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

90deqiqe.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində təşkil olunan tədbirdə qaliblərə medallar və kuboklar təqdim olunub.

Yarışın ilk günündə Azərbaycan idmançıları 4 qızıl, 1 gümüş, 1 bürünc medal qazanaraq Dövlət Bayrağımızı ucaldıb, Himnimiz səsləndirilib.

Dünya çempionatında kişilərin mübarizəsində Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) qızıl medal qazanıblar.

Qadınların mübarizəsində Elnurə Məmmədova (52 kq) ikinci, Nərgiz Səmədova (50 kq) isə üçüncü yerləri tutublar.

Dünya çempionatı dekabrın 3-də başa çatacaq. Azərbaycan yarışda 26 güləşçi ilə təmsil olunur.







Offside