- Offside
- 12:26 26.11.2024
“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununa çıxıb.
90deqiqe.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi komanda 2-ci mərhələnin cavab matçında Yunanıstan "Olimpiakos"unun qonağı olub və 0:4 hesablı məğlubiyyətə üzülüb.
"Qırmızı-qaralar" Qəbələdə keçirilən ilk matçda 0:3 hesabı ilə məğlub olmuşdu. Beləliklə, Azərbaycan təmsilçisi bu turnirdə mübarizəni dayandırıb.
Xatırladaq ki, “Qəbələ” 1-ci təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu mübarizədən kənarlaşdırmışdı – 1:1, 1:0.
“Olimpiakos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) – 4:0
Xristos Muzakitis, 15, 71 (p.), Xristos Qatopulos, 56, Atanasios Koutsoqulas, 90+4 (p.)
İlk oyun – 3:0