- Offside
- 12:26 26.11.2024
Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandası Çelenc Kubokunda növbəti oyununu keçirib.
90deqiqe.az xəbər verir ki, Azərbaycan təmsilçisi Yunanıstanda “Panatinaikos”un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1 (25:16, 25:12, 23:25, 25:16) Bakıda reallaşan ilk matçda 0:3 hesabı ilə Şuşa klubu mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, “Xarı Bülbül” Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).