20 dekabr 2025. Şənbə

Messi buna görə televiziya verilişindən İMTİNA ETDİ

"İnter Mayami"nin hücumçusu Lionel Messi "Liverpul"un keçmiş müdafiəçisi Ceymi Karragerin iştirakı ilə "CBS Sports Golazo" şousunda iştirakı geri çevirib.


  • Offside
  • 21:23 30.11.2023
  • Oxunma sayı: 137
Messi buna görə televiziya verilişindən İMTİNA ETDİ

"İnter Mayami"nin hücumçusu Lionel Messi "Liverpul"un keçmiş müdafiəçisi Ceymi Karragerin iştirakı ilə "CBS Sports Golazo" şousunda iştirakı geri çevirib.

90deqiqe.az xəbər verir ki, bu barədə verilişin aparıcısı Keyt Hebdo efirdə deyib.

"Biz "İnter Mayami"yə rəsmi dəvət göndərdik və Messini şousumuza çıxış etməsini istədik. Rəsmi cavabın nə olduğunu bilirsinizmi? Bu haqda danışmağa icazə varmı?

Məlumdur ki, Lionel Messi Ceymi Karraqerin olduğu şouda iştirak etməyəcək”, - deyə o, bildirib.

2022-ci ilin yanvarında ingilis futbolçu Messi ilə şəxsi yazışmaları ilə bağlı bir hekayəni ictimaiyyətə açıqlayıb, argentinalı isə onu "eşşək" deyə cavablandırmışdı.

Karrager, argentinalı oyunçu onun PSJ-ə keçidinin o qədər də uğurlu olmadığına dair sözlərinə belə reaksiya verib.







Offside