- Offside
- 14:56 14.12.2025
Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri dünyanın 40 yaşadək ən yaxşı baş məşqçilərinin reytinqini dərc edib.
90deqiqe.az xəbər verir ki, Almaniya millisinin çalışdırıcısı Yulian Naqelsmann siyahıda birincidir. “Sportinq”in baş məşqçisi Ruben Amorim ikinci, Belçika millisinin çalışdırıcı Domeniko Tedesko isə üçüncü pillədə qərarlaşıb.
1. Yulian Naqelsmann (36 yaş, Almaniya millisi)
2. Ruben Amorim (38 yaş, “Sportinq”)
3. Domeniko Tedesko (38 yaş, Belçika millisi)
4. Vensan Kompani (37 yaş, “Bernli”)
5. Matias Yassle (35 yaş, “Əl-Əhli”)
6. Uill Still (31 yaş, “Reym”)
7. Ueyn Runi (38 yaş, “Birmingem”).