25 oktyabr 2024. Cümə

Sabiq prezidentə hökm oxundu – 7 il həbs

Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi Rusiya Biatlon İttifaqının ( SBR ) keçmiş prezidenti Aleksandr Kravtsovu 14 milyon rubldan çox mənimsəmə işi üzrə təqsirli bilərək, 7 il müddətinə azadlıqdan məhrum edib.


  • Offside
  • 13:54 01.12.2023
  • Oxunma sayı: 85
Sabiq prezidentə hökm oxundu – 7 il həbs

Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi Rusiya Biatlon İttifaqının ( SBR ) keçmiş prezidenti Aleksandr Kravtsovu 14 milyon rubldan çox mənimsəmə işi üzrə təqsirli bilərək, 7 il müddətinə azadlıqdan məhrum edib.

90deqiqe.az xəbər verir ki, onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 160-cı maddəsi (mənimsəmə və ya xüsusilə külli miqdarda mənimsəmə) ilə iş açılıb. İstintaq zərərin miqdarını 14,45 milyon rubl olaraq qiymətləndirib. İddialara görə, Kravtsov 2015-ci il yanvarın 1-dən 2017-ci ilin sonuna kimi birdən çox insanı rəsmi olmadan milli komandada müxtəlif vəzifələrə təyin edib və onların hesablarına pul köçürüb.

Qeyd edək ki, Kravtsov 2020-ci il sentyabrın 18-də həbs edilib.  O, 2014-cü ildə Soçidə keçirilən Olimpiya Oyunlarında Rusiya idman nümayəndə heyətinin rəhbəri, 2014-2018-ci illərdə isə RBU-nun prezidenti, eyni zamanda Milli Komandaların İdman Hazırlığı Mərkəzinin direktoru olub.







Offside