25 oktyabr 2024. Cümə

Millinin oyunlarına təyinatlar bilindi

Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2024-ün elit-raund mərhələsində Bakıda Rumıniya, səfərdə isə Niderland yığmasına qarşı keçirəcək oyunları idarə edəcək hakimlər açıqlanıb.


  • Offside
  • 14:00 01.12.2023
  • Oxunma sayı: 84
Millinin oyunlarına təyinatlar bilindi

Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2024-ün elit-raund mərhələsində Bakıda Rumıniya, səfərdə isə Niderland yığmasına qarşı keçirəcək oyunları idarə edəcək hakimlər açıqlanıb.

90deqiqe.az xəbər verir ki, dekabrın 15-də Bakı İdman Sarayında təşkil olunacaq və saat 20:00-da start götürəcək Azərbaycan – Rumıniya matçını Polşadan, dekabrın 20-də Almere şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq Niderland – Azərbaycan qarşılaşmasını Litvadan olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan – Rumıniya
15 dekabr. Bakı idman Sarayı. Saat 20:00
Hakimlər: Damian Grabovski, Slavomir Steczko, Monika Czudzinovicz
Timekeeper: Ramil Namazov (Azərbaycan)

Niderland – Azərbaycan
20 dekabr. Topsportcentrum Almere. Saat 21:30
Hakimlər: Dominykas Norkus, Mantas Pomeckis, İrmantas Kapraşovas
Timekeeper: Joern Te Kloeze (Niderland)







Offside