25 oktyabr 2024. Cümə

İlin ən nüfuzlu 25 qadınından biri

İspaniya millisinin və Meksikanın “Paçuka” klubunun futbolçusu Cennifer Hermoso ilin 25 ən nüfuzlu qadını siyahısına daxil edilib.


  • Offside
  • 15:17 01.12.2023
  • Oxunma sayı: 81
İlin ən nüfuzlu 25 qadınından biri

İspaniya millisinin və Meksikanın “Paçuka” klubunun futbolçusu Cennifer Hermoso ilin 25 ən nüfuzlu qadını siyahısına daxil edilib.

90deqiqe.az xəbər verir ki, bu siyahı “The Financial Times” tərtib edilib.

İspaniyalı futbolçunun peşəkar keyfiyyətləri ilə yanaşı ötən yay İspaniya millisinin qələbəsindən sonra baş verən qalmaqallı hadisəyə görə bu siyahıda yer aldığı bildirilir.

İspaniyanın qadınlardan ibarət yığmasının dünya çempionatında qələbəsindən sonra mükafatlandırma mərasimi zamanı Luis Rubiales futbolçunu dodağından öpüb. Rubiales bu hərəkətinə görə tənqidlərlə üzləşib.

Bu siyahıda aktrisa Marqot Robbi və müğənni Beyons yer alıb.







Offside