- Offside
- 12:26 26.11.2024
“Səbail” komandası Bakının Nizami rayonunda yerləşən “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ni ziyarət edib.
90deqiqe.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, “Səbail”in üzvləri bu ziyarəti daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların sosial bacarıqlarını artırmaq məqsədilə reallaşdırıblar.
Tədbirdə klubun əməkdaşları və komandanın bir neçə futbolçusu – Yusif Nəbiyev, Rəfael Məhərrəmli, Adi Mehremiç və Anass Najah iştirak edib. Görüş zamanı komandanın üzvləri ilə mərkəzdə təhsil alan uşaqlar arasında müxtəlif tipli idman yarışları keçirib.
Sonda xatirə fotosu çəkdirilib.