25 oktyabr 2024. Cümə

Konor Makqreqor dördüncü dəfə ata oldu - FOTO

34 yaşlı keçmiş yüngül və yüngül çəkidə UFC çempionu Konor Makqreqor dördüncü dəfə ata olub. 


  • Offside
  • 16:48 01.12.2023
  • Oxunma sayı: 106
Konor Makqreqor dördüncü dəfə ata oldu - FOTO

34 yaşlı keçmiş yüngül və yüngül çəkidə UFC çempionu Konor Makqreqor dördüncü dəfə ata olub. 

90deqiqe.az xəbər verir ki? idmançıya yenidən ata olmaq sevincini onun sevib-seçdiyi yarı Di Devlin yaşadıb. Bu barədə döyüşçü X sosial şəbəkəsində (Twitter) məlumat verib.

“Daha bir kök, sağlam oğlan dünyaya gəldi. Di, sən mənim qəhrəmanımsan”, – deyə Makqreqor uşağı ilə fotosunu paylaşaraq bu sözləri yazıb.

Xatırladaq ki, Konorun həyat yoldaşı Di Devlindən üç övladı var: Altı yaşlı Konor Cek, dörd yaşlı Kroya və iki yaşlı Rayan







Offside