- Offside
- 12:26 26.11.2024
Boks üzrə keçmiş dünya çempionu Mayk Taysondan təyyarədə döyülən şəxs ondan 450 min dollar məbləğində təzminat istəyir.
90deqiqe.az “Nyu-York Post”a istinadən xəbər verir ki, zərərçəkmiş o vaxtdan bəri şiddətli baş və boyun ağrılarından əziyyət çəkdiyi üçün bu addımı atdığını deyib. Əgər tələb olunan məbləğ ödənilərsə, məşhur idmançıya qarşı iddia qaldırılmayacaq.
Xatırladaq ki, hadisə 2022-ci ilin aprelində baş verib. Bildirilib ki, zərərçəkmiş Taysonu təyyarədə görərkən, onunla selfi çəkdirmək istəyib - idmançı onun xahişini rədd etməyib. Lakin bu, pərəstişkarı üçün kifayət etməyib və o, söhbətlərlə onu incitməyə davam edib. Tayson bir neçə dəfə sakit qalmağı xahiş etsə də,lakin gənc imkan verməyib. Daha sonra boksçu buna dözməyib və sərnişinin üzünə bir neçə güclü zərbə endirib.