25 oktyabr 2024. Cümə

Qadının ombasına şillə vuran futbolçu cəzalandırıldı

Kolumbiya millisinin keçmiş oyunçusu Teo Qutyerres Kolumbiya çempionatında etdiyi davranışa görə diskvalifikasiya və cərimə ilə cəzalandırılıb.


  • Offside
  • 23:19 01.12.2023
  • Oxunma sayı: 90
Qadının ombasına şillə vuran futbolçu cəzalandırıldı

Kolumbiya millisinin keçmiş oyunçusu Teo Qutyerres Kolumbiya çempionatında etdiyi davranışa görə diskvalifikasiya və cərimə ilə cəzalandırılıb.

90deqiqe.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Paylaşımda bunlar qeyd olunur: “Noyabrın 25-i İbaqe şəhərindəki “Manuel Murillo Toro” stadionunda “Deportes Colima” və “Deportivo Kali” arasında oynanılan matçda hər baxımdan son dərəcə ciddi və həssas hesab etdiyimiz bir hadisə yaşandı. Sözügedən futbolçu meydandan qonaq komandanın soyunub-geyinmə otağına, daha doğrusu, tunelin girişinə gedərkən yanından keçən qadına toxunaraq, ona qeyri-etik ifadə səsləndirib. Qadın matçın maddi-texniki bazasında kömək etmək üçün ev sahibi tərəfindən işə götürülüb. Fasilədə yenidən meydana daxil olanda o, hücumçu davranışını təkrarlayıb. Bu hadisəyə mətbuat mənsublarından biri və matçı yayımlayan şirkətin əməkdaşlarından biri şahid olub. Baş verənləri təsdiqləmək üçün ifadə verib. İntizam Komitəsi Teofilo Antonio Qutierrez Ronkansionu qayda pozuntusuna yol verdiyinə görə dörd oyunluq diskvalifikasiya və bir milyon beş min Kolumbiya pesosu məbləğində cərimə ilə cəzalandırmaq qərarına gəlib”.

Qeyd edək ki, Qutyerres 2014-cü ildə Cənubi Amerikada ilin ən yaxşı futbolçusu seçilib.







Offside