25 oktyabr 2024. Cümə

“Xəzri” lider oldu

Azərbaycan Basketbol Liqasında 6-cı turun iki oyunu baş tutub.


  • Offside
  • 07:23 02.12.2023
  • Oxunma sayı: 65
“Xəzri” lider oldu

Azərbaycan Basketbol Liqasında 6-cı turun iki oyunu baş tutub.

90deqiqe.az xəbər verir ki, turun açılış oyununda “Sumqayıt” region klubu “Şəki” ilə qarşılaşıb və 96:81 hesablı qələbəyə sevinib.

Ən məhsuldar basketbolçular “Sumqayıt”dan Cey Mürrel (26 xal, 10 asist), “Şəki”dən Pol Dibal (17 xal, 7 ribaund) olub.

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilmiş günün ikinci oyununda isə “Xəzri” və “Xırdalan” klubları üz-üzə gəliblər. Oyun “Xəzri”nin 105:84 hesablı rahat qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular “Xəzri”dən Mark Vital (20 xal, 3 ribaund), “Xırdalan”dan isə Cessi Qi (28 xal, 11 asist) olub.

6-cı turun digər oyunları (“Gəncə” – “Neftçi”, “Sərhədçi” – “NTD-İNDİQO”, “Sabah” – “Cəlilabad”) 2 dekabrda baş tutacaq.







Offside