- Offside
- 12:26 26.11.2024
İrəvanda 16 yaşadək oğlanlar arasında boks üzrə dünya çempionatı keçirilir.
90deqiqe.az xəbər verir ki, 75 kq çəki dərəcəsində 1/4 finalda erməni Albert Arutyunyan və qazaxıstanlı İqor Solovyov qarşılaşıb. Xallar bərabər olduğundan hakimlərin qərarı ilə təşkilatçı ölkənin idmançısı qalib elan edilib.
Qazaxıstan millisinin məşqçisi hakimlərin haqsız qərarına görə narazılığını ifadə edib. O, qalibin ədalətli formada seçilmədiyini bildirib. Məşqçi sonda Arutyunyanın əlini sıxmaqdan imtina edərək onun qələbəsinə kəskin şəkildə etiraz etdiyini göstərib.
Erməni boksçu isə rinqin kənarına zərbə vurmaqla idmançı mədəniyyətini nümayiş etdirib.