- Offside
- 12:26 26.11.2024
“Yurqorden” və Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçdəki mövsümlərarası fasilədən istirahət edir.
90deqiqe.az xəbər verir ki, 21 yaşlı oyunçu Bakıya gələrək ailəsini ziyarət etdikdən sonra istirahət üçün BƏƏ-nin paytaxtı Dubaya yollanıb. Millimizin üzvü istirahətindən fotolarını “Instagram” hesabında paylaşıb.
Qeyd edək ki, Qurbanlı “Yurqorden”in heyətində 17 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Musanın komandası isə İsveç çempionatındq mövsümü 4-cü pillədə başa vurub