- Offside
- 14:56 14.12.2025
Çin Futbol Assosiasiyası (CFA) Asiya Çempionlar Liqasında “Çjetszyan” və Tailandın “Buriram Yunayted” (3:2) komandalarının oyunu zamanı qeydə alınmış insidentlə bağlı bəyanat yayıb.
90deqiqe.az xəbər verir ki, bəyanatda bunlar qeyd olunur.
“Futbol meydanlarında zorakılıq hərəkətləri idman prinsiplərinə ziddir. Bu cür hallar sağlam rəqabətə təsir edir və tamaşaçılarda pis təəssürat yaradır. CFA meydanlarda baş verən bütün zorakılıqları qətiyyətlə pisləyir. Asiya Futbol Konfederasiyasına (AFC) insidentin araşdırılmasında və ədalətli həllində kömək edəcəyik. Çin Futbol Assosiasiyası bütün yerli klublara nəzarət edir. Çin futbol komandaları beynəlxalq və yerli yarışların qaydalarına ciddi şəkildə əməl etməli, hakimə, tamaşaçılara və rəqiblərə hörmətlə yanaşmalıdır”.
“Buriram Yunayted” klubunda çıxış edən millimizin futbolçusu Ramil Şeydayev də həmin hadisənin iştirakçısı olub və rəqib oyunçularla əlbəyaxa olub.