20 dekabr 2025. Şənbə

Ronaldonun bir saatlıq icarə haqqı nə qədərdi?

 “Əl-Nəsr”in forvardı Kriştiano Ronaldo bu kluba keçməmişdən əvvəl Səudiyyə Ərəbistanında pul qazanmağa başlayıb.


  • Offside
  • 19:40 02.12.2023
  • Oxunma sayı: 159
Ronaldonun bir saatlıq icarə haqqı nə qədərdi?

 “Əl-Nəsr”in forvardı Kriştiano Ronaldo bu kluba keçməmişdən əvvəl Səudiyyə Ərəbistanında pul qazanmağa başlayıb.

90deqiqe.az xəbər verir ki, bu barədə “Football Leaks” kitabında məlumat verilib.

2017-ci ildə sözügedən telekommunikasiya şirkəti “Mobily” Ronaldonun imic hüquqlarını idarə edən “Multisports & Image Management” şirkətiylə razılaşıb. Ərəbistanı şirkəti portuqaliyalı superulduzun dörd saat yarım müddətinə fotosessiya üçün işə götürüb. Onunla əməkdaşlıqdan şirkətə sadəcə 5 avtoqraf və sosial şəbəkələrdə paylaşım ediləcək iki foto qalıb.

“Mobily” dörd saat yarım davam edən əməkdaşlıq üçün Ronaldoya  920 min funt sterlinq ödəyib. Hər bir sosial media paylaşımı isə şirkətə 1,6 milyon funt-sterlinqə başa gəlib. Şirkət oyunçunun kadrlarından yalnız Yaxın Şərq və Şimali Afrika regionunda istifadə edib.

Ronaldonun bir saatlıq icarəsi 204,444 funt sterlinqdir. Hazırda bu məbləğ bir neçə dəfə artdığı bildirilib.







Offside