20 dekabr 2025. Şənbə

Zidanın ən sevdiyi dörd idmançı

"Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan müsahibəsində pərəstiş etdiyi sevimli idmançıların adlarını çəkib.


  • Offside
  • 20:19 02.12.2023
  • Oxunma sayı: 154
Zidanın ən sevdiyi dörd idmançı

"Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan müsahibəsində pərəstiş etdiyi sevimli idmançıların adlarını çəkib.

90deqiqe.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib:  “Mən gecələr qalxıb Mayk Taysonun döyüşlərinə baxırdım. Mən həmişə onunla xüsusi bir şey əlaqələndirirəm. Səhər üç-dörddə durursan və dava dəqiqələrlə davam edir. Çox xoşuma gəlir. Həm də bütün zamanların ən yaxşı idmançılarından biri Maykl Cordandır. Üçüncü idmançı artıq aramızda olmayandır. Bu, Məhəmməd Əlidir. Dördüncü idmançı isə  “Formula 1-də Ayrton Sennanı çox bəyəndim. Mənim gənc vaxtlarım idi. O, çox erkən getdi (1994-cü ildə). Lakin o, fenomen idi”.







Offside