- Offside
- 23:30 19.12.2025
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.
90deqiqe.az xəbər verir ki, sözügedən komanda 15-ci tur çərçivəsində evdə “Vlajniya"nı qəbul edib.
Futbolçumuzun komandası bu oyunda 3:0 hesablı qələbəyə sevinib.
İsgəndərli bu matça start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunda məhsuldar ötürmə müəllifi olan İsgəndərli 41-ci dəqiqədə özü də fərqlənib. Vüsal bununla da Albaniya çempionatında qollarının sayınə 5-ə yüksəldib.
“Eqnatiya” hazırda 33 xalla 1-ci pillədə qərarlaşıb.