25 oktyabr 2024. Cümə

1 milyon “like” gələn bu FOTO-nu sildirdilər

“Real”ın Çempionlar Liqasında “Napoli”yə 4:2 hesabı ilə qalib gəldiyi oyundan sonra Eduardo Kamavinqa komanda yoldaşlarının xüsusi eynəklə şəklini çəkib.


  • Offside
  • 13:19 03.12.2023
  • Oxunma sayı: 92
 1 milyon “like” gələn bu FOTO-nu sildirdilər

“Real”ın Çempionlar Liqasında “Napoli”yə 4:2 hesabı ilə qalib gəldiyi oyundan sonra Eduardo Kamavinqa komanda yoldaşlarının xüsusi eynəklə şəklini çəkib.

90deqiqe.az “Relevo”a istinadən xəbər verir ki, fransız futbolçu daha sonra kollajı sosial şəbəkə səhifəsində paylaşıb. Lakinhəmin şəkili “Nike” və “Adidas” arasında gedən mübarizəyə görə cümə axşamı silmək məcburiyyətində qalıb. Buna səbəb kollajda fərqli brenddən geyinən oyunçuların olması olub. Bəzi oyunçuların idman geyimi brendləri ilə müqavilələrində rəqib brendlərin sosial şəbəkə səhifələrində nümayişi qadağan olunub.

Bildirək ki, 21 yaşlı oyunçu ABŞ brendiylə əməkdaşlıq edir.

Bu səbəbdən gənc futbolçu 1 milyondan çox bəyənmə gələn, şəkli silmək məcburiyyətində qalıb.

 







Offside