- Offside
- 12:26 26.11.2024
"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardinin həm meneceri, həm də həyat yoldaşı olan Vanda Nara əfsanəvi Dieqo Maradona sevgi macərası yaşadığı ortaya çıxıb.
90deqiqe.az xəbər verir ki, o zaman Maradonın 46, Vandanın isə 20 yaşı olub.
İddia edilən sevgi macərası Vanda Maksi Lopezlə görüşməyə başlamazdan əvvəl baş tutub.
Argentinalı televiziya ulduzu Mirta Leqrand Maradona ilə Nara arasındakı əlaqədən danışıb. O, təsadüfən oteldə Maradonanın qonşuluğunda qaldığını və Dieqo Armandonun Vanda ilə otelə gəldiyinin şahidi olduğunu etiraf edib.
“Onlar mübahisə edir, mebelləri köçürürdülər. O qədər səs-küy salırdılar ki, yata bilmirdim. Bu doğrudur. Mən onların cilovsuz cinsi əlaqəsinin şahidi oldum”, – deyə televiziya ulduzu bildirib.
Xatırladaq ki, Maradona 2020-ci il noyabrın 25-də qəfil ürək tutması səbəbindən dünyasını dəyişib.