25 oktyabr 2024. Cümə

UEFA qadınlar üçün yeni klub turniri yaratdı

UEFA qadınların arasında keçirilən klub turnirləri barədə qərar verib.


  • Offside
  • 20:37 03.12.2023
  • Oxunma sayı: 101
UEFA qadınlar üçün yeni klub turniri yaratdı

UEFA qadınların arasında keçirilən klub turnirləri barədə qərar verib.

90deqiqe.az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı Çempionlar Liqasının formatını dəyişməklə yanaşı, ikinci turnir yaradıb. Bu barədə təşkilatın saytı məlumat yayıb.

Qadınlar arasında Çempionlar Liqasının yeni formatının liqa mərhələsində 3 ev və səfər matçı keçirməli olan 16 yox, 18 komanda iştirak edəcək. Bundan sonra pley-off oyunları keçiriləcək.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, kişilər arasında Avropa Liqasına bənzər ikincisi yaradılacaq. Bütün qərarlar 2025/2026 mövsümündə qüvvəyə minəcək. Müsabiqənin formatı, iştirakçıların siyahısı və təqvim haqqında tam məlumat dekabrın 4-də açıqlanacaq.

Xatırladaq ki, qadınlar arasında Çempionlar Liqası 16 komandalı və 4 qruplu formatda keçirilir. Qrupların hər birindən 2 klub pley-offa vəsiqə qazanır.







Offside