- Offside
- 15:08 14.12.2025
Tailand çempionatında 12-ci tura start verilib.
90deqiqe.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” səfərdə "Muanq Tonq Yunayted"in qonağı olub. Görüş 2:2 hesabı ilə yekulaşıb. Ramil Şeydayev meydana start heyətində çıxıb və fasilədə əvəzlənib.
Qeyd edək ki, bu nəticədən sonra “Buriram Yunayted” 18 xalla turnir cədvəlinin 4-cü pilləsindədir.