- Offside
- 12:26 26.11.2024
90deqiqe.az xəbər verir ki, hadisə Fransa çempionatının 14-cü turu çərçivəsində baş tutan
“Nant” – “Nitsa” matçından əvvəl baş verib. Görüşdən əvvəl “Nitsa” tərəfdarlarının olduğu bir neçə avtomobil "Nant" azarkeşləri tərəfindən hücuma məruz qalıb. İğtişaş zamanı meydan sahiblərindən biri bıçaqlanıb. Nant şəhər dövlət prokuroru Renaud Qaudeul tərəfindən 31 yaşlı kişinin öldüyü bildirilib.
Qeyd edək ki, bu, cari mövsüm Liqa 1-də ilk belə hadisə deyil. Qısa müddət əvvəl iki “Brest” tərəfdarı “Monpelye” ilə oyundan sonra avtobusun güllələnməsi nəticəsində yaralanmışdı