25 oktyabr 2024. Cümə

Şahrudin Məhəmmədəliyevin komandası Klyuverti “yola saldı”

Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin "Adana Dəmirspor" klubu baş məşqçisi Patrik Klyuvertlə yollarını ayırıb


  • Offside
  • 12:42 04.12.2023
  • Oxunma sayı: 116
Şahrudin Məhəmmədəliyevin komandası Klyuverti “yola saldı”

90deqiqe.az "Ajansspor"a istinadən xəbər verir ki, Superliqa təmsilçisi 47 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vildalaşıb.

Adana klubu son olaraq XIV turda evdə "Samsunspor"a 2:3 hesabı ilə uduzub. Bu matçda qapını Şahrudin Məhəmmədəliyev qoruyub.

Qeyd edək ki, "Adana Dəmirspor" iyunun 30-da baş məşqçi ilə 2 illik müqavilə imzalamışdı.







Offside