25 oktyabr 2024. Cümə

Kriştiano Ronaldo Tacikistana niyə getmir?

Kriştiano Ronaldonun Tacikistandakı oyuna getməməsinin səbəbi bəlli olub


  • Offside
  • 14:29 04.12.2023
  • Oxunma sayı: 157
Kriştiano Ronaldo Tacikistana niyə getmir?

Kriştiano Ronaldonun Tacikistandakı oyuna getməməsinin səbəbi bəlli olub.

90deqiqe.az "Sputnik Tacikistan"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Asiya Çempionlar Liqasının altıncı turu çərçivəsində keçiriləcək "İstiklol Düşənbə" - "Əl-Nəsr" matçı  üçün Düşənbəyə getməyəcək.

“Əl-Nəsr” klubundan verilən məlumata görə, Ronaldo yüngül zədə alıb. Başqa təfərrüat isə açıqlanmayıb.

Xatırladaq ki, məşhur portuqaliyalı futbolçunun səfəri ilə bağlı mübahisələr uzun müddətdir ki, davam edir. Tacikistan Futbol Federasiyası isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının kapitanının adının futbolçular siyahısında olduğunu bildirib.

Qeyd edək ki, görüş dekabrın 5-i Bakı vaxtı saat 20:00 da keçiriləcək. 

Qarşılaşma Düşənbə şəhərində yerləşən Respublika Mərkəzi stadionunda təşkil olunacaq. 

 







Offside