- Offside
- 15:41 06.02.2026
İspaniya millisinin və "Real" klubunun müdafiəçisi Dani Karvaxal zədə səbəbindən 2023-cü ilin sonuna qədər sıradan çıxıb.
90deqiqe.az xəbər verir ki, "Kral klubu"nun rəsmi saytına istinadən məlumatına görə, 31 yaşlı ispaniyalıya sol ayağında əzələ zədəsi diaqnozu qoyulub.
Təcrübəli müdafiəçi La Liqanın son turunun "Qranada"ya (2:0) qarşı ev oyununda zədələnib. Onun təxminən bir aya sağalaraq yaşıl meydanlara dönəcəyi gözlənilir.
Qeyd edək ki, Dani Karvaxal 2023/24 mövsümündə Madrid klubunun heyətində bütün yarışlarda 17 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.