6 fevral 2026. Cümə

Azərbaycan çempionatında iki oyunun vaxtı bilindi

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı bəlli olub.


  • Offside
  • 18:34 04.12.2023
  • Oxunma sayı: 144
Azərbaycan çempionatında iki oyunun vaxtı bilindi

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı bəlli olub.

90deqiqe.az xəbər verir ki, dekabrın 5-də IV tur çərçivəsində iki görüş baş tutacaq.

Günün ilk qarşılaşması “Milli Aviasiya Akademiyası” və “AZERRAIL” komandaları arasında olacaq. Oyun saat 16:00-da başlayacaq və  “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Bu oyunun ardınca saat 18:00-da start götürəcək turun digər matçında isə “Murov Az Terminal” və UNEC kollektivləri üz-üzə gələcək.

Qeyd edək ki, hər iki oyun GİN-nin Voleybol Mərkəzində baş tutacaq.







Offside