20 dekabr 2025. Şənbə

Zorlama ittihamlarına görə dünya çempionatından qovuldu

“Tappara”nın hücumçusu Topi Rönni zorlama iddialarına görə 20 yaşadək hokkeyçilər arasında keçiriləcək dünya çempionatını buraxacaq.


  • Offside
  • 00:24 05.12.2023
  • Oxunma sayı: 140
Zorlama ittihamlarına görə dünya çempionatından qovuldu

“Tappara”nın hücumçusu Topi Rönni zorlama iddialarına görə 20 yaşadək hokkeyçilər arasında keçiriləcək dünya çempionatını buraxacaq.

90deqiqe.az xəbər verir ki, bu barədə  Finlandiya Hokkey Assosiasiyası məlumat yayıb.

Finlandiyanın gənclərdən ibarət milli komandasının üzvü 2021-ci ildə zorlamada ittiham olunur. O zaman 17 yaşında idi. Helsinki Rayon Məhkəməsi 2024-cü ilin martında iş üzrə dinləmələr keçirəcək. Hokkeyçini 6 ilə qədər həbs cəzası gözləyir.

Ötən həftə 19 yaşlı oyunçu cinayət ittihamları ortaya çıxıb. Ancaq “Tappara” onu komandada saxlayıb. Klub təqsirsizlik prezumpsiyasına əməl etdiyini bildirib.

 

 







Offside