25 oktyabr 2024. Cümə

Messi ilin idmançısı seçildi – FOTO

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi Amerikanın “Time” jurnalının versiyasına görə ilin idmançısı seçilib.


  • Offside
  • 23:32 05.12.2023
  • Oxunma sayı: 86
Messi ilin idmançısı seçildi – FOTO

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi Amerikanın “Time” jurnalının versiyasına görə ilin idmançısı seçilib.

90deqiqe.az xəbər verir ki, argentinalı hücumçu "Time" nəşrinin indiyədək ilin idmançısı seçdiyi yeganə futbolçudur.

“Messi ABŞ-ı bir vaxtlar qeyri-mümkün görünən bir futbol ölkəsinə çevirməyi bacardı”, – deyə bildirilib.

Qeyd edək ki, bu yay PSJ-dən azad agent kimi "İnter Mayami"yə keçən Messi bu mövsüm 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Argentinalı ulduz futbolçu yeni komandası ilə 2023-cü ildə Liqalar Kubokunu qazanaraq karyerasında 44-cü dəfə kubok sevincini yaşayıb.







Offside