25 oktyabr 2024. Cümə

“Azərreyl”dən növbəti qələbə

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 4-cü turun iki oyunu baş tutub.


  • Offside
  • 09:32 06.12.2023
  • Oxunma sayı: 63
“Azərreyl”dən növbəti qələbə

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 4-cü turun iki oyunu baş tutub.

90deqiqe.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində ilk olaraq meydana “Milli Aviasiya Akademiyası” və “Azərreyl” komandaları çıxıblar.

Maraqlı mübarizə şəraitində keçən görüş “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca “Murov Az Terminal” – UNEC qarşılaşması start götürüb. Bu matçda gözlənildiyi kimi “Murov Az Terminal” “quru hesabla” qalib gəlib.

“Abşeron”, “Azərreyl” və “Murov Az Terminal” hərəyə 9 xalla turnir cədvəlində ilk üç yeri bölüşür. Aktivində 3 xalı olan “Gəncə” və “Milli Aviasiya Akademiyası” 4-cü və 5-ci pillədə qərarlaşıblar. Hesabında xal olmayan UNEC isə sonuncu yerdədir.

“Milli Aviasiya Akademiyası” – “Azərreyl” 0:3 (23:25, 22:25, 17:25)

“Murov Az Terminal” – UNEC 3:0 (25:8, 25:8, 25:10)







Offside