26 noyabr 2024. Çərşənbə axşamı

Dünya çempionu öz titulundan imtina etdi

Yüngül çəkidə mütləq dünya çempionu Amanda Serrano Dünya Boks Şurasına (WBC) etiraz olaraq titulundan imtina edib.


  • Offside
  • 09:57 06.12.2023
  • Oxunma sayı: 84
Dünya çempionu öz titulundan imtina etdi

Yüngül çəkidə mütləq dünya çempionu Amanda Serrano Dünya Boks Şurasına (WBC) etiraz olaraq titulundan imtina edib.

90deqiqe.az xəbər verir ki, Puerto-Riko təmsilçisinin bu addımına təşkilatın hər biri 3 dəqiqədən ibarət 12 raundluq döyüş keçirməsinə icazə vermədiyi səbəb olub. 35 yaşlı boksçu sosial şəbəkə hesabında bunu belə izah edib:

“Mən 3 dəqiqəlik 12 raund formatında döyüşən ilk mütləq çempionam. Əgər sanksiya verən orqan mənə və həmkarlarıma kişilər kimi döyüşmək seçim etmək imkanı verməkdən qaçırsa, mən o sanksiya qurumu üçün mübarizə aparmaqdan imtina edirəm” 

WBC-nin hazırkı qaydalarına əsasən, qadınlar arasında keçirilən döyüşlər 2 dəqiqə olmaqla 10 raund formatında keçirilir.

 







Offside