- Offside
- 22:42 25.11.2024
Yunanıstan Superliqası oyunlarına təyinat alan hakimlər və rəsmilər təhlükəsizlik baxımından çempionat matçlarından imtina etdiklərini açıqlayıblar.
90deqiqe.az xəbər verir ki, buna səbəb təhlükəsizliklə bağlı vəziyyətdir.
“Son illərdə yunan və xarici hakimlər daimi hədəfə, yumruq torbasına və məsuliyyəti başqasının üzərinə atmaq üçün “günah keçisi”nə çevriliblər. Cəzasız qalan elanlar, zorakılıqlar, təhdidlər, şifahi və fiziki hücumlar... Bunlar futbolu zəhərli edən problemlərdən yalnız bir neçəsidir.
Nəticədə Yunanıstan çempionatının yüksək divizionunun hakimləri və köməkçiləri 14-cü turdan etibarən təhlükəsizliyimiz üçün əlverişli şərait yaranana qədər heç bir oyunu idarə etməmək qərarına gəliblər. Bu qərarla biz özümüzü və ailəmizi qorumaq istəyirik”, - hakimlər bununla bağlı “Reuters”ə məktubunda deyilir.
Yunanıstanda hakimlər tez-tez azarkeşlərin hücumlarına məruz qalır. Fanatlar onların ailə üzvlərinə, evlərinə, avtomobillərinə hücum edir. Məhz buna görə də məktub Mərkəzi Hakimlər Komitəsinə və Yunanıstanın Futbol Federasiyasına da göndərilib.