25 oktyabr 2024. Cümə

“Vüqar Həşimov Memorialı"nın loqosu “Alov qüllələri”ndə əks olunur

Sayca 9-cu dəfə keçiriləcək şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın loqosu Bakının mərkəzində nümayiş etdirilir.


  • Offside
  • 11:40 06.12.2023
  • Oxunma sayı: 82
“Vüqar Həşimov Memorialı"nın loqosu “Alov qüllələri”ndə əks olunur

Sayca 9-cu dəfə keçiriləcək şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın loqosu Bakının mərkəzində nümayiş etdirilir.

Turnirin mətbuat xidmətindən 90deqiqe.az-a verilən məlumata görə, loqo paytaxtın ən hündür və əzəmətli binalarından birində - “Alov qüllələri”ndə əks olunur.

Paytaxt sakinləri turnirin loqosunu axşam saatlarında dekabrın 12-dək izləyə biləcəklər.

Qeyd edək ki, bu il yarış ilk dəfə Qəbələdə baş tutacaq. Turnirin açılış mərasimi dekabrın 8-də Heydər Əliyev Konqres Mərkəzində təşkil olunacaq.







Offside