- Offside
- 22:42 25.11.2024
“İnter Mayami”nin futbolçusu Lionel Messi ABŞ-da həyata uyğunlaşmağın çətinlikləri barədə danışıb.
90deqiqe.az xəbər verir ki, argentinalı superulduz Miami və Paris arasında elə də bir fərq olmadığını bildirib:
“Uyğunlaşmağın ən çətin hissəsi tıxaclar idi, baxmayaraq ki, bu Parisdə də belə idi. Hələ yayda da isti və rütubət olur. Baxmayaraq ki, çimərlikdə və ya tətildə olmaq çox vaxt xoş olur. Amma idman, məşq və ya oyunlara görə bu bir az çoxdur və bunun təsirini hiss edirik”. - deyə onun sözlərini “Time” nəşri sitat gətirib